Kiçik Akademiya

Görüş keçirilib2023-cü ilin dekabr ayında Heydər Əliyev ilinə həsr olunmuş Kiçik Akademiyanın üzvlərininin I Ümumşəhər Konfransının keçirilməsi nəzərdə tutulub.Bununla əlaqədar olaraq 17.10.2023-cü il tarixində Bakı şəhəri 235 №-li tam orta məktəbdə Kiçik Akademiya prezidentlərinin görüşü keçirilib.Görüşdə məqsəd 2022-2023-cü ilin hesabatını dinləmək,qarşıda duran planları müzakirə edib qərar qəbul etmək,həmçinin 22 noyabrda keçiriləcək rayon konfransı öncəsi bütün məlumatları məktəblərlə bölüşüb meyarları elan etməkdir.

Ətraflı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş viktorina keçirilibTəlim -tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, Kiçik Akademiyanın prezidenti Cəmilə Kələntərova ,tarix müəllimi Qönçə Əzizovanın birgə təşkilatçılığı, 9 a, 9 b ,9 c və 10 a sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş viktorina keçirilib.

Ətraflı

"Kiçik Akademiya"nın prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı ilə şagirdlər Heydər Əliyev Mərkəzində ekskursiyada olublarVətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. "Kiçik Akademiya"nın prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı ilə şagirdlər Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.

Ətraflı

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ İNTELLEKTUAL YARIŞ KEÇİRİLMİŞDİRULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ İNTELLEKTUAL YARIŞ KEÇİRİLMİŞDİR

Ətraflı

“Ən yaxşı təqdimat” müsabiqəsiÜmummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirilib. Sözügedən müsabiqə 2022-2023-cü tədris ilində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı planlaşdırılmış tədbirlər çərçivəsində keçirilir. Müsabiqədə "Kiçik Akademiya"nın üzvləri də iştirak etmişlər.

Ətraflı

"Zəfər tarixi" konfransı keçirilibTarix müəllimləri Anjelika Surxayeva və Qönçə Əzizovanın birgə təşkilatçılığı ilə "Zəfər tarixi" konfransı keçirilib. Konfransda məktəb rəhbərliyi,müəllimlər, Azərbaycan və rus bölmələri üzrə 9-cu sinif şagirdləri iştirak ediblər.

Ətraflı

27 SENTYABR ANIM GÜNÜ MÜNASİBƏTİLƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİBMəktəbdə 27 Sentyabr Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.Aksiya "Kiçik Akademiya"nın prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı, məktəb rəhbərliyi və 9 b sinif şagirdlərinin iştirakı ilə həyata keçirilmişdir.Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuşdur. Ağacəkmə aksiyası zamanı şəhidlərimizin əziz xatirəsinə ağac kolları əkilmişdir.

Ətraflı

"Şuşa ili" ilə əlaqədar Bakı məktəbləri arasında intellektual yarış21 may 2022-ci il tarixində "Şuşa ili" ilə əlaqədar Bakı məktəbləri arasında intellektual yarış keçirilib."Kiçik Akademiya" nin prezidenti, Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərovanın rəhbərliyi ilə məktəbimizin şagirdləri Pirallahı rayonu üzrə ən yüksək nəticəni əldə ediblər.

Ətraflı

Lütfi Zadə-100Dünyaşöhrətli alim Lütfi-Zadənin 100 illik yubileyinə həsr edilmiş xüsusi dərs keçirilib.

Ətraflı

Unutmayaq!11 dekabr 2021-ci il tarixində Azərbycan dili və ədəbiyyat müəllimi, "Kiçik Akademiya"nın prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı ilə şagirdlər I Fəxri xiyabanda Ulu öndərimiz Heydər Əliyevin, II Fəxri xiyabanda əziz şəhidlərimizin məzarlrını, Ümid yeri uşaq sığınacağında diqqət və sevgiyə ehtiyacları olan sevimli uşaqlarımızı ziyarət etmişlər.

Ətraflı

Qarabağ Azərbaycandır!“08 Noyabr - Zəfər Günü” bütün ölkə ərazisində olduğu kimi,  məktəbdə də təntənəli şəkildə qeyd olundu. Dövlət himninin səsləndirilməsi  və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə məktəbin direktoru Şakir Mikayılov, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramqazanova, Vətən Müharibəsinin qəhrəman şəhidləri, məktəbin məzunları baş leytenant Vüsal Babayevin anası Əntiqə Babayeva, əsgər Elmar Nəbiyevin anası Çiçək Nəbiyeva çıxış etdi.   Tədbirdə "Kiçik Akademiya"nın üzvləri də çıxış etmişlər.

Ətraflı

Tarix yazan igidlər!28 sentyabr 2021-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi,"Kiçik Akademiya" nın prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı ilə şagirdlərin Vətən müharibəsi qaziləri ilə görüşləri təşkil edilmişdir.Gözəl, yaddaqalan görüşə,səmimi söhbətə görə Pirallahı rayon VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ İŞİN TƏŞKİLİ ŞÖBƏSİNİN şöbə müdiri Süpay Məmmədova və qazi yoldaşlarına məktəb rəhbərliyi adından dərin minnətdarlığımızı bildiririk.

Ətraflı

Lütfi Zadə-100İnformatika müəllimi Sevinc Məmmədovanın təqdimatında azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş xüsusi dərs.

Ətraflı

Unudulmaz şairMəktəb kitabxanasında dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş növbəti "Dəyirmi masa". Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynəb Seyidovanın təşkilatçılığı , 5"a" sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir.Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığından, xəmsələrindən bəhs edən təqdimatlarını nümayiş etdirmişlər.

Ətraflı

Həmişə qəlbimizdəsiniz!26 may 2021-ci il tarixində tərbiyə işləri üzrə direktor müavini və "Kiçik Akademiya" nın prezidenti Gülşən Cəbrayılovanın təşkilatçılığı ilə Vətən müharibəsində ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmış məktəbin şəhid məzunları-baş leytenant Vüsal Babayevin və əsgər Elmar Nəbiyevin ailə üzvləri və məzarı ziyarət edilmişdir.

Ətraflı

Nizami Gəncəvi - 880Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür. “Nizami Gəncəvi ili” çərçivəsində "Kiçik Akademiya" nın üzvləri dahi şairin həyat və yaradıcılığına həsr edilmiş videotəqdimatlar hazırlamışlar.

Ətraflı

Ekskursiya təşkil edilmişdirPrezident İlham Əliyevin qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin ölkəmizdə və dünyada il boyu təntənə ilə qeyd edilməsi ilə bağlı yaxın günlərdə imzaladığı sərəncam hər yerdə milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin növbəti parlaq nümunəsi kimi qarşılanıb. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib. “Nizami Gəncəvi ili” çərçivəsində "Kiçik Akademiya"nın təbiət fənləri üzrə prezidenti Tünzalə Xudaverdiyevanın təşkilatçılığı ilə ekskursiya təşkil edilmişdir.Ekskursiya zamanı şagirdlər Nizami Gəncəvinin Bakı şəhərindəki abidəsini ziyarət etmişlər.

Ətraflı

"Müdrik siyasət və Qarabağ zəfəri" mövzusunda referat yazı müsabiqəsinin Bakı şəhər üzrə qalibi  Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında Qarabağ müharibəsinə həsr olunmuş “Müdrik siyasət – Qarabağ zəfəri” mövzusunda keçirilən referat müsabiqəsinin nəticələrinə əsasən, "Kiçik Akademiya"nın üzvü,  məktəbin 10 a sinif şagirdi Ayxan Əzizovun, elmi rəhbəri məktəbin tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Ramazanova olan “İlham Əliyev və müasir Azərbaycan”  mövzusunda referat işi seçilərək qalib işlərdən biri kimi, “Müdrik siyasət və Qarabağ zəfəri” kitabında dərc olunmuşdur. 06 may 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətində  kitabın rəsmi təqdimat mərasimi keçirlidi.

Ətraflı

"Kiçik Akademiya" nın təşkilatçılığı ilə "Xocalı faciəsini unutmayaq, unutdurmayaq!" adlı tədbir25 fevral 2021-ci il tarixində "Xocalı soyqırımı" nın iyirmi doqquzuncu ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq  məktəbdə XX əsrin ən dəhşətli, faciəli hadisələrindən sayılan "Xocalı soyqırımı" haqqında gənc nəslin ətraflı məlumatlandırılması,  Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi, həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması, milli - mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanması kimi nəcib və ülvi məqsədə xidmət etmək,  "Xocalı soyqırımı" qurbanlarının xatirəsini yad etmək  məqsədilə "Xocalı faciəsini unutmayaq, unutdurmayaq!" adlı  anım mərasimi (onlayn) keçirilib .  Tədbirdə "Xocalı soyqırımı" zamanı ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmış David Haqverdiyevin qızı Solmaz Haqverdiyeva, Xocalı rayonu, Qaragav kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid Əliyev, Pirallahı rayonu üzrə ümumtəhsil məktəblərinin direktorları, məktəbin müəllimləri və şagirdlər iştirak etmişlər.    Tədbirdə şagirdlər öz hiss və duyğularını söylədikləri şeirlər və hazırladıqları təqdimatlarla nümayiş etmişlər.

Ətraflı

“Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda videokonfrans (onlayn )keçirilib       Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfrans keçirilmişdir. Konfransda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RIH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, şagirdlər və onların fənn müəllimləri iştirak etmişdir.    Tədbirdə  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək bildirmişdir ki, müsabiqə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi daşıyır və şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərin şərəfli və nümunəvi həyat yolu barəsində maariflənməsinə xidmət edir. Həmçinin, yazı müsabiqəsində iştirak şagirdlərdə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı formalaşdırmaqda mühüm əhəmiyyət kəsb edir.    Qeyd edək ki, videokonfransın əsas məqsədi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, onların milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqətin cəlb edilməsi olan konfransda Pirallahı rayonunda fəaliyyət göstərən 7 məktəbdən 13 şagird iştirak etmişdir.Müsabiqədə "Kiçik Akademiya"nın üzvləri 10 "a" sinif şagirdi Əzizov Ayxan ,  9 "a" sinif şagirdi Kələntərli Səma iştirak etmişlər.Hər iki məktəbli uğurlu çıxış edərək  növbəti mərhələdə iştirak etmək hüququ qazanmışlar.

Ətraflı

"Kiçik Akademiya"nın üzvü Cəmilə Kələntərovanın təşkilatçılığı ilə "Unudulmayan qəhrəman" adlı tədbir  15 dekabr 2020-ci il tarixində əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibəti ilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərovanın təşkilatçılığı ilə  Azərbaycanın qəhrəman övladına həsr edilmiş "Unudulmayan qəhrəman" adlı videoçarx nümayiş etdirilmişdir.Onu da qeyd edim ki, 15 dekabr əfsanəvi partizanın qəhrəman oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun şəhidlik zirvəsinə ucalmasının 30 ili tamam olur. Şagirdlər Milli Qəhrəmanın da xatirəsini yad ediblər.Qəhrəman ata ve oğulu hörmetlə yad edir, Allahdan rəhmət diləyirik.

Ətraflı

"Kiçik Akademiya"nın humanitar bölməsinin vitse-prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı ilə "Biz birlikdə güclüyük!"Həqiqətən də, Azərbaycan xalqı, Azərbaycanımızı doğma vətəni kimi sevən hər bir Azərbaycan vətəndaşı II Qarabağ müharibəsində öz birliyini bütün dünyaya nümayiş etdirdi.Cəbhədə igidlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazdılar.Arxa cəbhədə isə kiçikdən böyüyə qədər hər kəs həmrəy oldu.Vətən müharibəsi zamanı məktəbin şagirdləri "Kiçik Akademiya"nın humanitar bölməsinin vitse-prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı, valideynlərinin dəstəyi ilə qəhrəman ordumuza dəstək oldular.

Ətraflı

Naxçıvan və Bakı məktəblilərinin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!" adlı birgə tədbiri      Ulu öndər Heydər Əliyevin 97-ci ildönümü münasibətilə onlayn tədbir keçirilib.Tədbirdə Bakı şəhəri, Sabunçu rayonu, 81 nömrəli tam orta məktəbin direktoru Mehriban Əlizadə, tərbiyə işləri üzrə direktor müavini Fatimə Heydərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi İlkanə Qənbərova, Bakı şəhəri, Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərova, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov adına 308 nömrəli tam orta məktəbin, tərbiyə işləri üzrə direktor müavini Ziyafət Əliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Samirə Abdullayeva, Naxçıvan şəhəri,V.Hüseynova adına 6 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnar Tarverdiyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Adıgözəlova, Naxçıvan şəhəri, Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səadət Cəfərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Səmayə Rahimova və şagirdlər iştirak ediblər.Şagirdlər dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən təqdimatlar nümayiş etdirmiş, ulu öndərimizə həsr edilmiş şeirlər söyləmişlər.Sonda çıxış edən məktəb rəhbərləri pandemiya dövründə ulu öndərimizə həsr edilmiş belə bir onlayn tədbiri təşkil edənlərə, xüsusən də, şagirdlərə təşəkkürlərini bildirmiş, uğurlar arzulamışlar.Dostluq çərçivəsində keçirilən görüşdən bütün iştirakçılar xoş təəssüratlarla ayrılmışlar.     Tədbirin aparıcısı Bakı şəhəri, Sabunçu rayonu, 81 nömrəli tam orta məktəbin şagirdi Arzu Babayeva idi.

Ətraflı

Bakı və Naxçıvan məktəbliləri arasında onlayn "Bilik yarışı" keçirilib 28 aprel 2020-ci il tarixində məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə Bakı şəhəri, 186 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərova və Naxçıvan şəhəri, Validə Hüseynova adına 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Adıgözəlovanın birgə təşkilatçılığı ilə hər iki məktəbin şagirdləri arasında onlayn "Bilik yarışı" keçirilib.Yarışın gedişatını 186 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Ramazanova da izləyib.Maraqlı keçən yarışın sonunda 186 nömrəli tam orta məktəbin "Bakı" komandası qalib gəlib.

Ətraflı

Türkiyə məktəbliləri ilə dostluq körpüsü3 aprel "23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı" dır.Bu bayram münasibətilə məktəbin "Kiçik Akademiya" nın humanitar bölməsi üzrə vitse-prezident , Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərova və Türkiyəli müəllim Abdulkadir Haksevənin birgə təşkilatçılığı ilə məktəbin şagirdləri və  Türkiyənin Kahramanmaraş şəhərinin bir-neçə şagirdi arasında dostluq körpüsü təşkil edilibdir.Onlayn keçirilən görüş zamanı məktəblilər arasında maraqlı söhbətlər olmuşdur.6 "b" sinif şagirdi Fidan Hüseynlinin ifasında səsləndirilən "İstiqlal marşı" böyük sevgi ilə qarşılanıb.

Ətraflı

"Kiçik Akademiya"nnın prezidenti Gülşən Cəbrayılovanın təşkilatçılığı və rəhbərliyi ilə şagirdlərin Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsinə və "Şəhidlər xiyabanı" na ziyarəti 22 fevral 2020-ci il tarixində "Kiçik Akademiya"nnın prezidenti, ingilis dili müəllimi Gülşən Cəbrayılovanın təşkilatçılığı və rəhbərliyi ilə şagirdlər Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsini və "Şəhidlər xiyabanı" nı ziyarət edərək şəhidlərimizin xatirəsini yad ediblər.

Ətraflı

20 Yanvar-unutmayaq, unutdurmayaq!20 Yanvar şəhidlərinin əziz xatirələrini yad etmək məqsədilə "Kiçik Akademiya"nın humanitar bölməsinin vitse-prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı ilə "20 Yanvar" faciəsinə həsr edilmiş tədbir keçirilib.

Ətraflı

Ürəklərdə yaşayan liderDekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.Anım günü ilə bağlı sinif təşkilatı saatları ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmişdir.       Ulu öndərin vəfatından 16 il ötməsinə baxmayaraq onun bu xalq, millət, ən əsası da müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlər hər zaman gələcək nəsillər üçün örnək olacaqdır.Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.Nə qədər ki, Azərbaycan, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev daim ürəklərdə yaşayacaqdır.      Allah rəhmət eləsin!

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN HUMANİTAR FƏNLƏRİ BÖLMƏSİ ÜZRƏ VİTSE-PREZİDENTİ Cəmilə Kələntərovanın təşkilatşılığı ilə 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçildi"KİÇİK AKADEMİYA"NIN HUMANİTAR FƏNLƏRİ BÖLMƏSİ ÜZRƏ VİTSE-PREZİDENTİ Cəmilə Kələntərovanın təşkilatşılığı ilə 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçildi. Azərbaycan Respublikasının Dövlət atributlarıdan, dövlətçilik rəmzlərindən biri olan onun Milli bayrağı – Dövlət bayrağıdır.Milli bayraq mənəvi siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir.Şəhidlərimizin qanı bahasına dalğalanan, müqəddəs andımız, kimliyimiz olan  ay ulduzlu bayrağımız  bizim qürurumuzdur. Elə bu məqsədlə də 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə məktəbdə silsilə tədbirlər həyata keçirilmiş, sinif təşkilatı saatları "9 Noyabr-Dövlət Bayrağı Günü" nə həsr edilmişdir.

Ətraflı

Bayrağımız qürur mənbəyimizdir!"Kiçik Akademiya"nın prezidenti Gülşən Cəbrayılovanın təşkilatçılığ ilə "Bayrağımız qürur mənbəyimizdir!" adlı tədbir keçirilmişdir.  Tədbirdə çıxış edən şagirdlər dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, öz bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə, nümayiş etdirdikləri kompazisiyalarla ifadə etdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər.

Ətraflı

"Kiçik Akademiya"nın prezidenti , ingilis dili müəllimi Gülşən Cəbrayılovanın təşkilatçılığı ilə "5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü" münasibətilə bayram tədbiriMəktəbimizin xüsusi qonaqları oldu.      Məktəbin ibtidai sinif müəllimi Həqiqət Nuriyevanın və "Kiçik Akademiya"nın prezidenti , ingilis dili müəllimi Gülşən Cəbrayılovanın təşkilatçılığı ilə "5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü" münasibətilə bayram tədbiri keçirildi.Tədbirin xüsusi dəvətliləri, uzun illər məktəbimizdə çalışmış, hal-hazırda təqaüddə olan, həmişə öz təcrübələri ilə hər kəsə nümunə olacaq keçmiş müəllimlərimiz idi.       Biz kollektiv olaraq məktəbimizdə çalışmış dünyasını dəyişən bütün müəllimlərə Ulu Tanrıdan rəhmət diləyir, digər müəllimlərə sağlıqlı uzun ömür arzulayırıq.Bu xoş günü bizə yaşadan, tədbirdə zəhməti keçən hər kəsə təşəkkür edirik. Bayramınız mübarək, əziz müəllimlər!

Ətraflı

Ekskursiyalar davam etdirilmişdirTədris ilinin başa çatmasına baxmayaraq uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə ekskursiya və gəzintilər davam etdirilir.Növbəti dəfə məktəbin bir qrup şagirdləri Azərbaycan dili və ədəbiyyati müəllimi Cəmilə Kələntərovanın təşkilatçılığı, valideynlərin də iştirakı ilə Azərbaycanın dilbər guşələrindən biri olan Quba rayonunda olublar.Gəzinti çox maraqlı keçib.

Ətraflı

Reyhan Yusifqızı ilə görüş "Mütaliə ruhu ucaldır" (Volter).     Uşaqlara izah edilməlidir ki, mütaliə bekarçılıq deyil, vacib, lazımlı və ciddi işlərdən biridir. Kitab oxumaq boş zaman işi deyil, bir həyat şəklidir. O, həvəs yox, vərdiş olmalıdır. Kitab sosial bir alətdir, oxumaq bizi məqsədimizə aparan vasitədir. Ona görə də mütaliəyə uşaqlıqdan həvəs və maraq yaradılmalıdır. Əgər uşaqda hələ kişik yaşlarından mütaliəyə həvəs və maraq yaradılarsa, bu onu ömrü boyu müşaiyət edəcəkdir. Nəzərə almaq lazımdır ki, uşaqların təlabatları maraqları vasitəsi ilə reallaşır. Maraq təlabatın səciyyəvi mövcudliq formasıdır. Elə bütün bunlara görə də şagirdlərin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 7 iyun 2019-cu il tarixində "Kiçik Akademiya"nın prezidenti ingilis dili müəllimi Gülşən Cəbrayılovanın əşkilatçılığı ilə şagirdlərin Libraff Kitab Evində yazıçı Reyhan Yusifqızı ilə görüşü təşkil edilib.Görüş çox maraqlı keçib, uşaqlar görüşdən xoş təəssüratlarla ayrılıblar.

Ətraflı

Yazıçı-psixoloq Rövşən Abdullaoğlu ilə görüş03 iyun 2019-cu il tarixində "Kiçik Akademiya"nın prezidenti, ingilis dili müəllimi Gülşən Cəbrayılovanın təşkilatçılığı ilə yazıçı-psixoloq Rövşən Abdullaoğlu ilə görüş keçirilib.Görüşdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşı, Pirallahı rayonu, 231 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Seymur Yusibov, 235 nömrəli tam orta məktəbin direktoru Şahin Allahverdiyev, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.Hörmətli Rövşən Abdullaoğlunun da qeyd etdiyi kimi, təlim -görüş çox maraqlı keçmişdir.Görüş zamanı gənc yazıçı uşaqlarla fikir mübadiləsi aparmış, onları maraqlandıran sualları cavablandırmışdır.Görüş iştirakçıları görüşdən xoş təəssüratlarla ayrılmışlar.

Ətraflı

Mikayıl Müşfiqin Ev Muzeyinə ekskursiya təşkil edilib1 iyun 2019-cu il tarixdə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Kiçik Akademiya" nın prezidenti ingilis dili müəllimi Gülşən Cəbrayılovanın təşkilatçılığı ilə repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin Ev Muzeyində və Xızı rayonunda ekskursiyada olublar.Uşaqlar ekskursiyadan xoş təəssüratla qayıdıblar.

Ətraflı

“Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilib  24 may 2019-cu il tarixində 4 nömrəli Uşaq - Gənclər  İnkişaf Mərkəzinin Pirallahı filialında  “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” nin  II mərhələsi  keçirilib.Müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin biologiya elminə marağını artırmaq, onların bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdır.          Müsabiqədə Pirallahı rayon ümumtəhsil məktəbləri üzrə beş  komanda iştirak edib.Komandalar hər sinifdən bir nəfər olmaqla IX, X və XI siniflər üzrə üç nəfərdən təşkil edilib. Müsabiqənin şərtlərinə görə ikinci mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq biologiya fənni üzrə 30 sualdan ibarət test tağşırığını, iki məsələni  yerinə yetiriblər. Müsabiqədə "Kiçik Akademiya" nın üzvləri-IX "b" sinif şagirdi Məmmədov Ümid, X "b" sinif şagirdi Alyarova Aydan və XI "a"  sinif şagirdi Əliyeva Həcər iştirak ediblər.

Ətraflı

"Kiçik Akademiya" nın üzvlərinin təqdimatları dinlənilibMəktəbin direktoru Şaki Mikayılovun 20 fevral 2019-cu il tarixli, 27 nömrəli əmrinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinin icrasını təmin etmək məqsədilə  "Kiçik Akademiya" layihəsi məktəbdə də fəaliyyətə başlamışdır.Layihənin əsas məqsədi bu günün istedadlı şagirdini sabahın yaradıcı aliminə çevirməkdir. Fəaliyyətə başladığı ilk gündən "Kiçik Akademiya" nın prezidenti və bölmələr üzrə rəhbərlərinin təşkilatçılığı ilə müxtəlif tədbirlər, ekskursiyalar həyata keçirilmişdir.Növbəti tədbir 22 may 2019-cu il tarixində "Kiçik Akademiya"  üzvlərinin təqdimatlarının nümayişi ilə baş tutmuşdur.

Ətraflı

"Kiçik Akademiya"nın üzvləri ekskursiyada 18 may 2019-cu il tarixində "Kiçik Akademiya"nın üzvləri kimya müəllimi , VIII "a" sinfinin sinif rəhbəri Tutu Əliyevanın, biologiya müəllimi Fərqanə Hümbətovanın və 6 "b" sinfinin sinif rəhbəri Şəlalə Babayevanın rəhbərliyi ilə "Nəbatət bağı" nda və "Milli Park"da ekskursiyada olublar.

Ətraflı

Laboratoriyaya ekskursiya17 may 2019-cu il tarixində "Kiçik Akademiya" nın üzvləri "Kiçik Akademiya" nın prezidenti Gülşən Cəbrayılova və kimya müəllimi Tutu Əliyevanın rəhbərliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft İstehsalat Birliyi" "Abşeronneft" NQÇİ Elmi Tədqiqat və İstehsalat İşləri Neftin Kimyəvi Analizi Laboratoriyasında ekskursiyada olublar.Ekskursiya zamanı laboratoriyanın əməkdaşları şagirdlərə lazımi məlumatlar vermiş, laboratoriya ilə onları yaxından tanış etmişlər.

Ətraflı

"Kiçik Akademiya" nın növbəti iclası keçirilib "Kiçik Akademiya" nın növbəti iclası keçirilib.İclası giriş sözü ile açan "Kiçik Akademiya" nın prezidenti Gülşən Cəbrayılova bu günə qədər görülən işlərden və qarşıda duran vəzifələrdən danışıb.Sonra iclas qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

Ətraflı

"Günəş, Sülh və Çiçək"10 may 2019-cu il tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümə həsr edilmiş "Günəş, Sülh və Çiçək" adlı tədbir keçirilmişdir. Tədbirdə qonaq qismində "N" saylı hərbi hissənin əsgərləri iştirak etmiş, Pirallahı rayonunun ümumtəhsil məktəbləri arasında "Günəş, Sülh və Çiçək" mövzusunda rəsm və rəqs müsabiqələri də keçirilmişdir. Münsiflər heyətinin yekun qərarı ilə 168 nömrəli tam orta məktəb I yerə, 235 nömrəli tam orta məktəb II yerə, 186 nömrəli tam orta məktəb III yerə layiq görülmüş, 243 saylı məktəb isə fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin "Unutmayaq, unutdurmayaq!" devizi altında təqdimatları 08 may 2019-cu il tarixində məktəbdə tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovanın təşkilatçılığı, yeni  fəaliyyətə başlayan  "Kiçik Akademiya"nın üzvlərinin iştirakı ilə Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi, tarixi şəxsiyyətlər, incəsənət, mədəniyyət, ədəbiyyat nümayəndələri yetişdirən qədim Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 27-ci  ildönümü ilə bağlı "Unutmayaq, unutdurmayaq!" devizi altında “Şuşasız keçən illər” adlı tədbir keçirilib.Tədbirdə "Kiçik Akademiya"nın üzvləri işğal altındakı rayonlarımıza həsr etdikləri video və slayd təqdimatları nümayiş etdiriblər.

Ətraflı

Məntiq Olimpiadasının ilk mərhələsi keçirilibMayın 4-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib. Olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak ediblər.  Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Ətraflı

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi21 aprel 2019-cu il tarixində 168 nömrəli tam orta  məktəbdə  Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsidir.     “Öyrənək, əylənək və həll edək” şüarı ilə keçirilən müsabiqə müxtəlif  yaş səviyyələrində riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edir.      Qaydalara əsasən tapşırıqlar 5 fərqli kateqoriya üzrə - 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün qapalı test formatında və 3 səviyyədə (asan, orta, çətin) olmaqla tərtib edilib.  Müsabiqədə məktəbin 124 şagirdi iştirak etmişdir.İştirak edən şagirdlərin arasında "Kiçik Akademiya"nın üzvləri də olmuşdur.

Ətraflı

"Azərbaycanın qəhrəman oğul və qızları" , "Tarixdə türk qadınları"13 aprel 2019-cu il tarixində "Kiçik Akademiya"nın prezidenti, məktəbin ingilis dili müəllimi Gülşən Cəbrayılova və tarix müəllimi Anjelika Surxayevanın təşkilatçılığı, Azərbaycan və rus bölmələrinin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə "Azərbaycanın qəhrəman oğul və qızları" , "Tarixdə türk qadınları" mövzularında möhtəşəm tədbir keçirildi.Tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Tofiq Sadıqov, Yunis Emre İnstitutunun müəllimi İbrahim Yıldırım,Samux şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Cəfərova, Saatlı rayonu, Orta Muğan kənd məktəbinin müəllimi Gülnar Muxtarova, Bakı şəhəri , 111 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Melihə Əsədova, 283 nömrəli məktəbin direktor müavini Svetlana Kərimova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Ruhəngiz Cəbiyeva, kimya müəllimi Vüsalə Səfərli, rus dili müəllimi Hökümə Fərhadova, 201 nömrəli məktəbin fizika müəllimi Lalə Hüseynova , 143 nömrəli məktəbin direktor müavini Südabə Abbasova, 53 nömrəli məktəbin ibtidai sinif müəllimi Zəkiyyə Mirzəyeva, Pirallahı rayon ümumi təhsil məktəblərinin direktor və direktor müavinləri, məktəbin pedaqoji heyəti iştirak ediblər.

Ətraflı

"GƏNC FİZİKLƏRİN YARADICILIQ MÜSABİQƏSİ"12 aprel 2019-cu il tarixində  "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" nin rayon mərhələsi keçirilib.Müsabiqə 4 Nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılmasından ibarətdir.

Ətraflı

Tariximizi unutmayaq! Martın 29-da məktəbdə  31-Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirildi.

Ətraflı

"Xocalı harayı"25 fevral 2019-cu il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovanın və "Kiçik Akademiya"nın humanitar bölməsinin vitse-prezidenti Cəmilə Kələntərovanın təşkilatçılığı ilə "Xocalı harayı" adlı  anım mərasimi keçirilib.Anım mərasimində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Pirallahı Rayon Şöbəsinin üzvləri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.Şagirdlərin ifasında nümayiş etdirilən kompazisiya mərasim iştirakçıları tərəfindən yüksək dəyərləndirilib .

Ətraflı

“Heydər Əliyev və Azərbaycan tarixi”Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi-konfrans keçirilib. Konfransda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli və digər əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin direktor və  tarix müəllimləri, “Heydər Əliyev və Azərbaycan tarixi”  mövzusunda keçirilən referat müsabiqəsinin  birinci mərhələsində seçilən şagirdlər iştirak ediblər.      Konfransın birinci mərhələsində məktəb üzrə 7 şagird, ikinci mərhələsində isə "Kiçik Akademiyan"nın üzvləri olan 2 şagird- 9"a" sinif şagirdi Ramazanova Aidə Cəmşid qızı, VII "a" sinif şagirdi Kələntərova Səma İlqar qızı iştirak ediblər.Yekun nəticəyə əsasən VII "a" sinif şagirdi Kələntərova Səma İlqar qızı müsabiqənin şəhər mərhələsində iştirak etmiş, onun referatı mövzu ilə bağlı nəşr olunan kitabda dərc edilmişdir.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN TƏBİƏT FƏNLƏRİ BÖLMƏSİ ÜZRƏ VİTSE-PREZİDENTİ"Kiçik Akademiya" nın təbiət fənləri bölməsi üzrə vitse-prezidenti Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bakalavr və magistr üzrə bitirmiş, 26.09.2006 -cı il tarixdən pedaqoji fəaliyyətə başlamış coğrafiya və həyat bilgisi müəllimi Tünzalə Xudaverdiyeva

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN RİYAZİYYAT VƏ İNFORMATİKA FƏNLƏRİ BÖLMƏSİ ÜZRƏ VİTSE-PREZİDENTİ"Kiçik Akademiya" nın riyaziyyat və informatika fənləri bölməsi üzrə vitse-prezidenti Azərbaycan Dövlət Pedaqoji Universiteti riyaziyyat fakültəsini bitirmiş, 02.09.2002-ci il tarixdən pedaqoji fəaliyyətə başlamış riyaziyyat müəllimi Sevil Abdullayeva

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN HUMANİTAR FƏNLƏRİ BÖLMƏSİ ÜZRƏ VİTSE-PREZİDENTİ"Kiçik Akademiya"nın humanitar fənləri bölməsi üzrə vitse-prezidenti tarix müəllimi Qönçə Əzizovadır.O, Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirmiş, 15.29.2021-ci il tarixindən məktəbdə pedaqoji fəaliyyətə başlamışdır.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN PREZİDENTİ"Kiçik Akademiya" nın prezidenti Naxçıvan Özəl Universitetinin filologiya fakültəsini bitirmiş, 01.09.1998-ci il tarixdən pedaqoji fəaliyyətə başlamış Cəmilə Kələntərova

Ətraflı

"Kiçik Akademiya"Məktəbin direktoru Şakir Mikayılovun 20.02. 2019-cu il tarixili əmri ilə məktəbdə "Kiçik Akademiya"nın yaradılması hümanitar, riyaziyyat və informatika, təbiət fənləri üzrə təmin edilmişdir. 2022-2023-cü tədris ilində "Kiçik Akademiya" nın prezidenti, Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərova, humanitar fənlər üzrə tarix müəllimi Qönçə Əzizova, riyaziyyat müəllimi Sevil Abdullayeva riyaziyyat və informatika, coğrafiya müəllimi Tünzalə Xudaverdiyeva təbiət fənləri üzrə vitse- prezidentlər təyin olunmuşlar.

Ətraflı
HAQQIMIZDA

     Bakı şəhəri, 186 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir.2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı tə...

BİZİM FƏXRLƏRİMİZ

Şahin Əsgərov İlham

Aytən Axundlı Ramiz

HAQQIMIZDA

     Bakı şəhəri, 186 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir.2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı tə...

BİZİM FƏXRLƏRİMİZ

Şahin Əsgərov İlham

Aytən Axundlı Ramiz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi