Reyhan Yusifqızı ilə görüş

 "Mütaliə ruhu ucaldır" (Volter).     Uşaqlara izah edilməlidir ki, mütaliə bekarçılıq deyil, vacib, lazımlı və ciddi işlərdən biridir. Kitab oxumaq boş zaman işi deyil, bir həyat şəklidir. O, həvəs yox, vərdiş olmalıdır. Kitab sosial bir alətdir, oxumaq bizi məqsədimizə aparan vasitədir. Ona görə də mütaliəyə uşaqlıqdan həvəs və maraq yaradılmalıdır. Əgər uşaqda hələ kişik yaşlarından mütaliəyə həvəs və maraq yaradılarsa, bu onu ömrü boyu müşaiyət edəcəkdir. Nəzərə almaq lazımdır ki, uşaqların təlabatları maraqları vasitəsi ilə reallaşır. Maraq təlabatın səciyyəvi mövcudliq formasıdır. Elə bütün bunlara görə də şagirdlərin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 7 iyun 2019-cu il tarixində "Kiçik Akademiya"nın prezidenti ingilis dili müəllimi Gülşən Cəbrayılovanın əşkilatçılığı ilə şagirdlərin Libraff Kitab Evində yazıçı Reyhan Yusifqızı ilə görüşü təşkil edilib.Görüş çox maraqlı keçib, uşaqlar görüşdən xoş təəssüratlarla ayrılıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi