HAQQIMIZDA

     Bakı şəhəri, 186 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir.2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmişdir.626  şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. Hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. 2014-cü ilin məzunu Mehralıyev Sarvan Natiq oğlu Aprel döyüşlərində qəhrəmanlıq göstərərək ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmışdır.Sarvan Mehralıyev Lələtəpənin ilk şəhididir.Vətən müharibəsində  2010-cu il məzunu, baş leytenant Babayev Vüsal Sübbuh oğlu və 2018-ci il məzunu Nəbiyev Elmar Elman oğlu qəhrəmanlıq göstərərək ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmışlar.Kollektiv sinifdənxaric və məktəbdənkənar tədbirlərdə, yarış və müsabiqələrdə fəal iştirak edir, uğurlar qazanırlar. Məzunların ali və orta ixtisas məktəblərinə qəbulu ildən-ilə artır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi