“Heydər Əliyev və Azərbaycan tarixi”

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı elmi-konfrans keçirilib. Konfransda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli və digər əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin direktor və  tarix müəllimləri, “Heydər Əliyev və Azərbaycan tarixi”  mövzusunda keçirilən referat müsabiqəsinin  birinci mərhələsində seçilən şagirdlər iştirak ediblər.      Konfransın birinci mərhələsində məktəb üzrə 7 şagird, ikinci mərhələsində isə "Kiçik Akademiyan"nın üzvləri olan 2 şagird- 9"a" sinif şagirdi Ramazanova Aidə Cəmşid qızı, VII "a" sinif şagirdi Kələntərova Səma İlqar qızı iştirak ediblər.Yekun nəticəyə əsasən VII "a" sinif şagirdi Kələntərova Səma İlqar qızı müsabiqənin şəhər mərhələsində iştirak etmiş, onun referatı mövzu ilə bağlı nəşr olunan kitabda dərc edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi