“Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilib

  24 may 2019-cu il tarixində 4 nömrəli Uşaq - Gənclər  İnkişaf Mərkəzinin Pirallahı filialında  “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” nin  II mərhələsi  keçirilib.Müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin biologiya elminə marağını artırmaq, onların bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdır.          Müsabiqədə Pirallahı rayon ümumtəhsil məktəbləri üzrə beş  komanda iştirak edib.Komandalar hər sinifdən bir nəfər olmaqla IX, X və XI siniflər üzrə üç nəfərdən təşkil edilib. Müsabiqənin şərtlərinə görə ikinci mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq biologiya fənni üzrə 30 sualdan ibarət test tağşırığını, iki məsələni  yerinə yetiriblər. Müsabiqədə "Kiçik Akademiya" nın üzvləri-IX "b" sinif şagirdi Məmmədov Ümid, X "b" sinif şagirdi Alyarova Aydan və XI "a"  sinif şagirdi Əliyeva Həcər iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi