Ekskursiya təşkil edilmişdir

Prezident İlham Əliyevin qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin ölkəmizdə və dünyada il boyu təntənə ilə qeyd edilməsi ilə bağlı yaxın günlərdə imzaladığı sərəncam hər yerdə milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin növbəti parlaq nümunəsi kimi qarşılanıb. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib. “Nizami Gəncəvi ili” çərçivəsində "Kiçik Akademiya"nın təbiət fənləri üzrə prezidenti Tünzalə Xudaverdiyevanın təşkilatçılığı ilə ekskursiya təşkil edilmişdir.Ekskursiya zamanı şagirdlər Nizami Gəncəvinin Bakı şəhərindəki abidəsini ziyarət etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi