"Kiçik Akademiya" nın təşkilatçılığı ilə "Xocalı faciəsini unutmayaq, unutdurmayaq!" adlı tədbir

25 fevral 2021-ci il tarixində "Xocalı soyqırımı" nın iyirmi doqquzuncu ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq  məktəbdə XX əsrin ən dəhşətli, faciəli hadisələrindən sayılan "Xocalı soyqırımı" haqqında gənc nəslin ətraflı məlumatlandırılması,  Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi, həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması, milli - mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanması kimi nəcib və ülvi məqsədə xidmət etmək,  "Xocalı soyqırımı" qurbanlarının xatirəsini yad etmək  məqsədilə "Xocalı faciəsini unutmayaq, unutdurmayaq!" adlı  anım mərasimi (onlayn) keçirilib .  Tədbirdə "Xocalı soyqırımı" zamanı ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmış David Haqverdiyevin qızı Solmaz Haqverdiyeva, Xocalı rayonu, Qaragav kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid Əliyev, Pirallahı rayonu üzrə ümumtəhsil məktəblərinin direktorları, məktəbin müəllimləri və şagirdlər iştirak etmişlər.    Tədbirdə şagirdlər öz hiss və duyğularını söylədikləri şeirlər və hazırladıqları təqdimatlarla nümayiş etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi