Naxçıvan və Bakı məktəblilərinin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!" adlı birgə tədbiri

      Ulu öndər Heydər Əliyevin 97-ci ildönümü münasibətilə onlayn tədbir keçirilib.Tədbirdə Bakı şəhəri, Sabunçu rayonu, 81 nömrəli tam orta məktəbin direktoru Mehriban Əlizadə, tərbiyə işləri üzrə direktor müavini Fatimə Heydərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi İlkanə Qənbərova, Bakı şəhəri, Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərova, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov adına 308 nömrəli tam orta məktəbin, tərbiyə işləri üzrə direktor müavini Ziyafət Əliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Samirə Abdullayeva, Naxçıvan şəhəri,V.Hüseynova adına 6 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnar Tarverdiyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Adıgözəlova, Naxçıvan şəhəri, Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səadət Cəfərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Səmayə Rahimova və şagirdlər iştirak ediblər.Şagirdlər dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən təqdimatlar nümayiş etdirmiş, ulu öndərimizə həsr edilmiş şeirlər söyləmişlər.Sonda çıxış edən məktəb rəhbərləri pandemiya dövründə ulu öndərimizə həsr edilmiş belə bir onlayn tədbiri təşkil edənlərə, xüsusən də, şagirdlərə təşəkkürlərini bildirmiş, uğurlar arzulamışlar.Dostluq çərçivəsində keçirilən görüşdən bütün iştirakçılar xoş təəssüratlarla ayrılmışlar.     Tədbirin aparıcısı Bakı şəhəri, Sabunçu rayonu, 81 nömrəli tam orta məktəbin şagirdi Arzu Babayeva idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi