Məktəbimiz təltif edildi

Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəb olaraq, böyük fəxrlə bildiririk ki, məktəbimiz “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) və “Olimpiya Dəyərlərinin Tədrisi Proqramı” (OVEP) çərçivəsində keçirilən təlimlərdə göstərdiyi səmərəli fəaliyyətə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən təltif olunmuşdur. Bu mükafat məktəbimizin pedaqoji kollektivinin əzmkarlığının, şagirdlərimizin fəallığının və rəhbərliyin düzgün istiqamətinin nəticəsidir. Göstərilən dəyərə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə dərin təşəkkürümüzü bildirir, təhsildə olimpik dəyərlərin aşılanmasına verdikləri dəstəyə görə minnətdarıq.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi