Kiçik Akademiyanın yekun konfransı keçirildiİyunun 3-də Kiçik Akademiyanın yekun konfransı keçirildi. Konfransı giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açdı. O, Akademiyanın üzvlərini, valideynləri, iştirakçıları salamladıqdan sonra görülən işlər haqqında geniş məlumat verdi. 11-ci sinif şagirdi Faiq Məmmədzadənin “Sabahın alimləri” müsabiqəsinə təqdim etdiyi və Amerikanın “İntel” şirkəti tərəfindən kompüter elmləri üzrə ən yaxşı layihə hesab edilən “Cleaner-X” robotu haqqında məlumat verdi və robotun iş prinsiplərini əks etdirən videoçarxı nümayiş etdirdi. Sonra Akademiyanın texniki elmlər üzrə koordinatoru Rəna Rzayeva “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiadada iştirak edən AZA-18-si komandasını təqdim etdi. Şagirdlər özləri haqqında məlumat verdikdən sonra konfrans iştirakçılarını öz robotları ilə tanış etdilər. Sonra Akademiyaya təqdim edilən işlərin təqdimatı başlandı. III sinif şagirdləri “Mavi gözlü Xəzərim”, “Günəş və Ay”, ”Saatların tarixi haqqında“ mövzuları üzrə çıxış etdilər. Onların çıxışları elmi araşdırmalara əsaslanırdı və çox mükəmməl hazırlanmışdı. Şagirdlərin səlis nitqi, məntiqi ardıcıllığı, hazırladıqları ətraflı məlumatı təqdimetmə bacarığı hamını valeh etdi. Şagirdlərin işləri Akademiyanın üzvləri tərəfindən çox yüksək qiymətləndirildi, onlara diplom və hədiyyələr verildi. Sonra VII sinif şagirdi Zakir Bayramov icad etdiyi simsiz bluetooth qurğusunu təqdim etdi. Bu qurğu elektromaqnit sahəsi əsasında fəaliyyət göstərir. Daha sonra VIII sinif şagirdləri “Животные XXI века” mövzusunda maraqlı araşdırmalar təqdim etdilər. Akademiyanın üzvləri, şagirdlər və valideynlər təqdimatlar haqqında öz fikirlərini bildirdilər. Şagirdlərə hədiyyə və diplomlar təqdim olundu. Tədbirin sonunda Akademiyanın prezidenti Təranə Sultanzadə görülən işlərə yekun vurdu və 2019/2020-ci ildə qarşıda duran işlər haqqında geniş məlumat verdi. Rəsmi hissədən sonra konfrans iştirakçıları üçün kofe break təşkil edildi, şagirdlərin ifasında mahnı və rəqslər ifa olundu.
ƏtraflıKiçik Akademiyanın növbəti iclası keçirildiMayın 17-də Kiçik Akademiyanın növbəti iclası keçirildi. Şura üzvləri görülən işlər haqqında məlumat verdilər, qarşıda duran məsələləri müzakirə etdilər. 7-ci sinif şagirdi Zakir Bayramovun hazırladığı gücləndirici maketi Akademiyaya təqdim olundu. Şura üzvləri hesabat xarakterli elmi-metodik konfransın keçirilməsi vaxtını müzakirə etdilər. Yekun konfransın 01.06.2019-cu il tarixində keçirilməsi qərara alındı.
ƏtraflıKiçik Akademiyanın növbəti iclası keçirildiAprelin 24-də Kiçik Akademiyanın növbəti iclası keçirildi. Akademiyanın prezidenti Təranə Sultanzadə akademiyanın üzvlərini və məktəbimizin kollektivini 11-ci sinif şagirdi Faiq Məmmədzadənin Rumıniyanın Buxarest şəhərində keçirilən beynəlxalq robotexnika yarışında uğurla çıxış edərək I yerə layiq görülməsi və qızıl medalla təltif edilməsi münasibətilə təbrik etdi. Şagird və müəllim işlərinə ilkin baxış keçirildi, müzakirələr aparıldı. May ayının sonunda yekun konfrans keçirmək qərara alındı.
Ətraflı"Kiçik akademiya"nın iclası keçirildiMartın 29-da "Kiçik akademiya"nın iclası keçirildi. İclası akademiyanın prezidenti Təranə Sultanzadə açdı. O, akademiyanın 1 ay ərzindəki fəaliyyəti haqqında hesabat verdi, "Sabahın alimləri" müsabiqəsinə təqdim olunmuş layihəmiz haqqında danışdı. Məktəbin direktoru Rəna Süleymanova sevindirici bir xəbəri akademiyanın üzvlərinə çatdırdı: Məmmədzadə Faiq və Məmmədzadə Namiq tərəfindən hazırlanmış "Cleaner X" layihəsi Amerikanın İntel şirkəti tərəfindən kompüter elmləri üzrə ən yaxşı layihə seçilərək xüsusi sertifikata layiq görüldü. Bu xəbər hamını sevindirdi. Daha sonra Təranə Sultanzadə işçi qrupunu akademiyaya təqdim olunan yeni mövzularla tanış etdi. Akademiyaya "Saatların tarixi", "Mavi gözlü Xəzərim", "Günəş və Ay", "Животные ХХI века", "Dünyanın qeyri-adi səhraları" kimi mövzular təqdim olundu. Eyni zamanda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar: "Hürufilik təriqəti konseptual çərçivədə" və "Hürufizm və insan hüquqları" kimi yeni mövzular da təqdim olundu.
ƏtraflıKompüter elmləri üzrə ən yaxşı layihəMartın 14-də Məmmədzadə Faiq və Məmmədzadə Namiq tərəfindən hazırlanmış və "Sabahın alimləri" müsabiqəsinə təqdim olunmuş "Cleaner X" layihəsi Amerikanın İntel şirkəti tərəfindən kompüter elmləri üzrə ən yaxşı layihə seçilərək xüsusi sertifikata layiq görüldü. Sertifikatlar Təhsil Nazirliyində təqdim olundu.
ƏtraflıMəktəbimizin "Kiçik Akademiya"sı təsis edildi16.02.2019-cu il tarixində keçirilən Pedaqoji Şurada məktəbimizin "Kiçik Akademiya"sı təsis edildi. Kiçik Elmi Akademiyamızın prezidenti məktəbimizin biologiya müəllimi Təranə Sultanzadə təyin edildi.
Ətraflı