"Kiçik akademiya"nın iclası keçirildi

Martın 29-da "Kiçik akademiya"nın iclası keçirildi. İclası akademiyanın prezidenti Təranə Sultanzadə açdı. O, akademiyanın 1 ay ərzindəki fəaliyyəti haqqında hesabat verdi, "Sabahın alimləri" müsabiqəsinə təqdim olunmuş layihəmiz haqqında danışdı. Məktəbin direktoru Rəna Süleymanova sevindirici bir xəbəri akademiyanın üzvlərinə çatdırdı: Məmmədzadə Faiq və Məmmədzadə Namiq tərəfindən hazırlanmış "Cleaner X" layihəsi Amerikanın İntel şirkəti tərəfindən kompüter elmləri üzrə ən yaxşı layihə seçilərək xüsusi sertifikata layiq görüldü. Bu xəbər hamını sevindirdi. Daha sonra Təranə Sultanzadə işçi qrupunu akademiyaya təqdim olunan yeni mövzularla tanış etdi. Akademiyaya "Saatların tarixi", "Mavi gözlü Xəzərim", "Günəş və Ay", "Животные ХХI века", "Dünyanın qeyri-adi səhraları" kimi mövzular təqdim olundu. Eyni zamanda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar: "Hürufilik təriqəti konseptual çərçivədə" və "Hürufizm və insan hüquqları" kimi yeni mövzular da təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi