Kiçik Akademiyanın yekun konfransı keçirildi

İyunun 3-də Kiçik Akademiyanın yekun konfransı keçirildi. Konfransı giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açdı. O, Akademiyanın üzvlərini, valideynləri, iştirakçıları salamladıqdan sonra görülən işlər haqqında geniş məlumat verdi. 11-ci sinif şagirdi Faiq Məmmədzadənin “Sabahın alimləri” müsabiqəsinə təqdim etdiyi və Amerikanın “İntel” şirkəti tərəfindən kompüter elmləri üzrə ən yaxşı layihə hesab edilən “Cleaner-X”  robotu haqqında məlumat verdi və robotun iş prinsiplərini əks etdirən videoçarxı nümayiş etdirdi. Sonra Akademiyanın texniki elmlər  üzrə koordinatoru  Rəna Rzayeva  “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiadada  iştirak edən AZA-18-si komandasını təqdim etdi. Şagirdlər özləri haqqında məlumat verdikdən sonra konfrans iştirakçılarını öz robotları ilə tanış etdilər. Sonra Akademiyaya təqdim edilən işlərin təqdimatı başlandı. III sinif şagirdləri “Mavi gözlü Xəzərim”, “Günəş və Ay”, ”Saatların tarixi haqqında“ mövzuları üzrə çıxış etdilər. Onların çıxışları elmi araşdırmalara əsaslanırdı və çox mükəmməl hazırlanmışdı. Şagirdlərin səlis nitqi, məntiqi ardıcıllığı, hazırladıqları ətraflı məlumatı təqdimetmə bacarığı hamını valeh etdi. Şagirdlərin işləri Akademiyanın üzvləri tərəfindən çox yüksək qiymətləndirildi, onlara diplom və hədiyyələr verildi. Sonra VII sinif şagirdi Zakir Bayramov icad etdiyi simsiz bluetooth qurğusunu  təqdim etdi. Bu qurğu elektromaqnit sahəsi əsasında fəaliyyət göstərir. Daha sonra VIII sinif şagirdləri “Животные XXI века” mövzusunda maraqlı araşdırmalar təqdim etdilər. Akademiyanın üzvləri, şagirdlər və valideynlər təqdimatlar haqqında öz fikirlərini bildirdilər. Şagirdlərə hədiyyə  və diplomlar təqdim olundu. Tədbirin sonunda Akademiyanın prezidenti Təranə Sultanzadə görülən işlərə yekun vurdu və 2019/2020-ci ildə qarşıda duran işlər haqqında geniş məlumat verdi. Rəsmi hissədən sonra konfrans iştirakçıları üçün kofe  break təşkil edildi, şagirdlərin ifasında mahnı və rəqslər ifa olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi