Ekoklub üzvləri Bakı Zooloji Parkında

22 may Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ekoerudit” ekoklubunun fəal üzvləri Bakı Zooloji Parkını ziyarət ediblər. Gənc ekoloqlar Bakı Zooparkının direktoru Nəzakət İsayeva ilə görüşdə dünya faunasına aid növlərin saxlanma şəraiti, nadir heyvanların artırılmasına aid elmi tədqiqatlar, reintroduksiya proqramı, xarici zooparklarla mübadilə tədbirləri barədə ətraflı məlumatlandırılıb. “Ekosistem sakinlərini təyin edin” adlı interaktiv cədvəllər üzrə zooparkda saxlanılan Afrika aslanları, qonur ayı, pələng, bəbir, Qafqaz turu, sultan toyuğu, qızıl qaz və digər heyvanların aid olduqları ekosistemlər təyin olunub, yaşadıqları mühitlə əlaqəsi və təbiətdə tükənməsi səbəbləri müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi