Heyrətamiz ekskursiyalarımız

Şagirdlərin bilik və bacarıqlarını daha da möhkəmləndirmək üçün ilin əvvəlində tematik ekskursiyalar planlaşdırılır. Il sinifdə Azərbaycan dili fənnində "Ünsiyyət nədir?"  və "Ətraf mühit və biz" bölməsində, Təsviri incəsənət fənnində "Gözəllik aləminə səyahət" bölməsində keçirilən mövzularında öyrəndiklərini dərin biliklərə çevirmək üçün Təhminə Ağayeva və 2 b sinif şagirdləri "Atəşgah məbədi" dövlət tarixi-memarlıq qoruğuna və "Qala Arxeoloji -Entoqrafiya Muzey Kompleksinə" ekskursiyaya getdilər.

Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan "Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi"ndə eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. qorunub saxlanılmışdır. Dulusçuluq, çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir , Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları nümayiş etdirilir.

"Tullantıdan sənətə" muzeyində eksponatları heyranlıqla izləyən şagirdlər 5 iyun- Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş dərsdənkənar məşğələdə keçiriləcək dərsə artıq hazır oldular. “Atəşgah"ın tarixi taleyində Azərbaycan xalqının çoxəsrli, hadisələrlə zəngin tarixinin böyük mərhələləri bir-birinə qovuşmuşdur. Abidənin tarixi kökləri bizi çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi e.ə. X –IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır.Şagirdlər abidənin otaqlarını gəzdikcə tarixin müxtəlif dövrlərinin qoyduğu izlərlə tanış oldular. Hər bir abidədə keçdikləri mövzuları yadlarına salan şagirdlər biliklərini inteqrasiya edərək artırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi