Yenə o bağ olaydı...

Bu gün sözün və sevdanın simvolu olan Mikayıl Müşfiqin anadan olmasının 117-ci ildönümüdür. Onun poetik ruhu hələ də küləklə pıçıldaşır, səssiz gecələrin, ağacların, yarpaqların dilində yaşayır. Gözlərində qürbətin dumanı, ürəyində məhəbbətin harayı olan Mikayıl Müşfiq təkcə bir şair deyil, həm də bir dövrün, bir xalqın, bir ruhun təcəssümüdür. Onun yarımçıq qalan ömrü, tamamlanmamış misraları bizlərə əmanətdir. Bugünkü gənclik onun sözündə öz səsini, onun məhəbbətində öz ruhunu tapır.
Biz, Müşfiq məktəbinin müəllim və şagirdləri, eləcə də digər Müşfiqsevərlər bu gün onun heykəli qarşısında dayandıq, səssizcə onu dinlədik, sanki torpaq nəfəs alırdı, sanki əsən xəfif meh onun misralarını oxuyurdu.
Oxu tar...
Yenə o bağ olaydı…
Məktəbimizin 9 b sinif şagirdi Məmmədzadə Musa ədibin "Gecə" adlı şeiri ilə sanki ruhumuza toxunan, duyğu dolu bir an yaşatdı. Çünki o misralarda Müşfiqin qəlbi, ruhu vardı.
Sonda M. Müşfiqin şeirlərinə bəstələnmiş mahnılar hər kəs tərəfindən sevilərək oxundu.