FİSO Riyaziyyat Olimpiadası qaliblərimiz

FİSO Riyaziyyat Olimpiadası şagirdlərin riyazi təfəkkürünü, tənqidi düşüncə və problemhəlletmə qabiliyyətlərini inkişaf etdirir. Bu olimpiada dünyanın dörd bir yanında keçirilir. Məktəbimizin şagirdləri də beynəlxalq müsabiqələrdə qazandığı uğurlarla bizləri sevindirməkdə davam edirlər. Belə ki, II B  sinif şagirdləri Əsədli Kamal qızıl, Hüseynova Alsu və Ələkbərov Nihat gümüş, eləcə də IV Ç sinif şagirdləri Heydərli Əli qızıl, Billur Ələkbərova, Hüseyn Əliyev, Murad Hüseynov gümüş, Məryəm Ağazadə isə bürünc medallarla təltif ediliblər. Şagirdlərimizi və onlara dərs deyən müəllimləri təbrik edir, daha böyük uğurlara imza atmaqlarını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi