Şagirdlərimiz respublika səviyyəli elmi konfransda uğurla çıxış ediblər

29 aprel 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilmişdir. Elmə marağı artırmaq, gənc nəslin hüquqi və siyasi biliklərini inkişaf etdirmək məqsədilə təşkil olunan bu mötəbər tədbirdə ölkənin müxtəlif bölgələrindən məktəblilər və tələbələr iştirak etmişdir. Qürur hissi ilə bildiririk ki, konfransda Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin VI d sinif şagirdləri də elmi məruzələrlə fəal iştirak ediblər. Şagirdlərimizdən Ləman Həbibli “Konstitusiya və insan hüquqları: Heydər Əliyevin hüquqi irsinin təhlili”, Simuzər Həbibli “Heydər Əliyevin Konstitusiya quruculuğundakı rolu: hüquqi və siyasi təhlil”, Rüqəyya Həsənli isə “Döyüş taktikalarının tarixə və cəmiyyətə təsiri” mövzusunda çıxış edərək, geniş biliklərini və analitik düşüncə bacarıqlarını nümayiş etdirmişlər. Tədbirin sonunda bütün iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunmuşdur. Məktəbimizin nümayəndələrinin belə önəmli bir elmi platformada uğurla təmsil olunması pedaqoji kollektivimiz və valideynlər üçün ferx olunacaq haldır. Şagirdlərimizi təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi