Höte İnstitutu ilə əməkdaşlıq etdiyimiz layihədə qazandığımız uğur

Artıq 16-cı ildir ki, məktəbimiz Almaniyanın Höte İnstitutu ilə “Dünyanın Tərəfdaş Məktəbləri” layihəsində əməkdaşlıq edir. Layihə çərçivəsində hər il məktəbimizin şagirdləri imtahan verərək Almaniyada tamamilə ödənişsiz üç həftəlik alman dili kurslarında iştirak etmək hüququnu qazanaraq, böyük həvəs və müvəffəqiyyətlə Azərbaycanı təmsil edirlər.
Ənənəvi olaraq, cari il də məktəbimizin iki şagirdi, Həsənzadə Mələkxanım ilə Tağıyeva Səbinə bu fürsəti qazanaraq yay tətilində Almaniyanın Franfurt şəhərində dil kurslarında iştirak edəcəklər. Şagirdlərimizi təbrik edir, daha da böyük nailiyyətlər arzulayırıq.