Unudulmaz şəxsiyyəti sevgi ilə anırıq

Bu gün məktəbimizin 7 b sinif şagirdləri Uşaq Birliyi Təşkilatı rəhbəri (UBTR) Gülnar Kərimova ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlərimiz Ulu öndərin həyat və yaradıcılığı, keçdiyi siyasi və əhəmiyyətli yollar, eləcə də keçirdiyi önəmli görüşlər barədə müxtəlif informasiyalar əldə etdilər. Mərkəzin hər mərtəbəsində Əliyev yolunun xalqımızın və millətimizin həyatındakı misilsiz rolu barədə, onun xidmətlərinin gələcək nəsillərə belə çıraq olduğu haqda məlumatlandılar. Ekskursiya şagirdlər üçün maraqlı və yaddaqalan oldu.