İmtahan həyəcanının aradan qaldırılması istiqamətində görülən tədbirlər

Bu gün məktəbimizdə 9-cu sinif şagirdlərinin imtahana psixoloji cəhətdən daha hazırlıqlı olması, həyəcan və stressi düzgün idarəetmə bacarıqlarını inkişaf etdirmək məqsədilə maarifləndirici tədbir təşkil olundu. Tədbir zamanı məktəbin psixoloqu Günel Osmanlı tərəfindən imtahan həyəcanının yaranma səbəbləri, stressin psixoloji və fiziki təsirləri, şagirdlərdə mənfi düşüncələrin necə formalaşdığı və bu düşüncələrin stressi artıran əsas amillərdən biri olduğu barədə ətraflı məlumat verildi. Eyni zamanda şagirdlərlə birgə stressi idarə etməyin yolları, imtahan zamanı düşüncələri necə yönləndirmək, özünəinamı artırmaq və diqqət dağınıqlığının qarşısını almaq kimi vacib mövzulara toxunuldu. Praktiki məşğələlər və nəfəs texnikaları nümayiş etdirildi, şagirdlər bu üsulları tədbir zamanı yerindəcə tətbiq edərək öyrəndilər. Tədbir zamanı məktəbimizin digər psixoloqu Arzu Məmmədova da şagirdlərlə faydalı psixoloji məsləhətlərini bölüşdü, onlara imtahan gününə daha pozitiv və özünəinamlı yanaşmaq üçün motivasiyaedici tövsiyələr verdi. Sonda şagirdlərin sakitləşməsi, daxili balansı tapması və müsbət düşüncələrə köklənməsi üçün xüsusi olaraq meditasiya edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi