Vətəndaşların qəbulu

18 nömrəli tam orta məktəbdə vətəndaşların qəbuluna start verilir. Qəbul məktəb-valideyn münasibətlərinin gücləndirilməsi, sualların operativ şəkildə məktəb rəhbərliyi və səlahiyyətli şəxslər tərəfindən cavablandırılması, eyni zamanda düzgün məlumatlandırmanı təmin etmək məqsədilə həyata keçirilir. Həftənin bazar ertəsi və cümə axşamı günləri saat 12:00-dan 16:00-dək maarifləndirmə işinin təşkili məqsədilə qəbul günləri təyin edilir.

Aşağıdakı ümumi istiqamətlər üzrə müraciət edə bilərsiniz:

* Şagirdlərin I sinfə qəbulu;

*Dislokasiyanın nə üçün və hansı məktəblərə tətbiq edilməsi;

*Məktəblərin ərazilərinin hansı orqan tərəfindən müəyyən edilməsi;

*Məktəbəhazırlıq qruplarına qəbulun hansı formada həyata keçirilməsi;

*Şagirdlərin sistem üzrə yerdəyişməsi;

*Şagirdin hansı halda buraxılış imtahanında iştirak edə bilməməsi;

*Kimlərin esternat qaydada imtahanlarda iştirakının mümkünlüyü (nə vaxt və hara müraciət etməsi);

*X sinfə qəbulun hansı formada aparılması;

*Rəqəmsal platformada yaranan çətinliklərlə bağlı müraciətlərin edilməsi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi