Sağlam qidalanma, yoxsa təhlükəli “ləzzət”

Hər il 7 aprel tarixi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. "Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi" proqramı çərçivəsində Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Sağlam qidalanma, yoxsa təhlükəli “ləzzət”” mövzusunda ekoloji maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi məktəblilərin diqqətini qida təhlükəsizliyinə, insan sağlamlığının qorunmasına, düzgün qidalanmaya yönəltməkdir.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Ekoerudit” ekoklubunun üzvləri məktəbin 6-ci sinif şagirdlərini sağlam qidalanmanın əsasları, məktəblinin gündəlik qida rasionu, “Qida piramidası” üzrə orqanizm üçün əhəmiyyətli zülal, yağ, karbohidrat, mineral duzlar, vitamin mənbəyi olan ekoloji təmiz qida məhsulları barədə məlumatlandırıblar. Azərbaycanın zəngin mətbəx ənənələri, aqrar biomüxtəliflik, qidalanma mədəniyyəti müzakirə olunub. Gənc ekoloqlar, eyni zamanda “fast food”, enerji içkiləri, “kola”, “fanta”, çips, GMO məhsulların təsiri ilə orqanizmdə yaranan şəkər, qan-damar, ürək, mədə-bağırsaq, xərçəng xəstəlikləri, zərərli alışqanlıq barədə ətraflı izahat veriblər. Məktəbin yeməkxanasında keçirilən tədbirdə təhlükəli “ləzzət”dən qorunmağın vacibliyi xüsusi qeyd olunub.
Hər il 7 aprel tarixi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. "Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi" proqramı çərçivəsində Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli tam orta məktəbdə "Sağlam qidalanma, yoxsa "təhlükəli ləzzət" mövzusunda ekoloji maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi məktəblilərin diqqətini qida təhlükəsizliyinə, insan sağlamlığının qorunmasına, düzgün qidalanmaya yönəltməkdir.