Yurdumuza bahar gəlir!

Dostluğu, birliyi, həmrəyliyi, sülhü, tolerantlığı tərənnüm edən Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. 

Artıq beşinci dəfədir ki, Novruz doğma Qarabağımıza ayaq açıb. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində, 2025-ci ildə isə Ağdərədə bayram tonqallarını Azərbaycan Respublikasının Prezidenti, QAli Baş Komandanımız İlham Əliyev öz əlləri ilə qalayıb. Qəhrəman ordumuzun şücaəti və müqəddəs şəhidlərimizin canı bahasına işğaldan azad olunmuş torpaqlarımız Bahar nəfəsi ilə canlanır, Novruz təravəti ilə yenilənir.

Məktəbimizin həyətində keçirilən bayram şənliyini açıq elan edən direktor Leyla xanım Fətiyeva çıxışında bütün müəllim və şagird kollektivini təbrik edərək bildirdi ki, azad olunmuş torpaqlarımızda salınan gözəl kəndlər, şəhərlər 30 il bu torpaqların həsrəti ilə yaşamış soydaşlarımızı qarşılayır, bağrına basır. Bu, böyük xoşbəxtlikdir. Bu, öz doğma torpaqlarına qayıdan minlərlə insana Novruz ərməğanıdır. Qapımızı döyən Novruzdan bu azadlığın, bu qalibiyyətin və bu xoşbəxtliyin əbədi olmasını arzulayıram!

Şənlik məktəbin Təsərrüfat işləri üzrə direktor müavini Elxan Məmmədovun tonqalı qalaması, hakıştalar və rəqslərlə davam etdi. Tonqal ətrafında dövrə vurub, yallı gedən, oddan atlanan şagirdlərimizin bayram əhval-ruhiyyəsi görülməyə dəyərdi.

18 nömrəli tam orta məktəb Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, sağlam can və əmin-amanlıqla keçən bir ömür arzu edir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi