Seir müsabiqəsinə start verildi

Məktəbimizdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Bura Vətəndir" adlı şeir müsabiqəsinə start verildi. 16-28 fevral tarixlərini əhatə edən müsabiqə mərhələli şəkildə, 1-4, 5-11-ci siniflər arasında keçirildi. Müsabiqənin şərtlərinə uyğun olaraq, iştirakçılar "Vətən" mövzulu şeirlər söylədilər. Şagirdlər münsiflər heyəti tərəfindən ifadəli oxu, tələffüz qaydaları, nitqin səlistliyi kimi meyarlar əsasında 0-10 arası ballarla qiymətləndirildilər. Nəticələr növbəti günlərdə açıqlanacaq. Bütün iştirakçılara uğurlar arzulayırıq.