Bilik yarışı keçirildi

Bu gün məktəbimizdə VI sinif şagirdləri arasında "Bilik yarışı" keçirildi. Yarışın sualları V-VI siniflərin tədris proqramı əsasında tərtib olunmuşdu. İştirak edən 6a, 6b, 6c, 6ç, 6d sinif şagirdləri onlara ünvanlanan sualları xüsusi həvəs və məharətlə cavablandırdılar. 5 raunddan ibarət olan yarış 6d sinfinin III, 6c sinfinin II, 6a sinfinin isə I yerə çıxaraq Diplom və hədiyyələrlə təltif edilməsi ilə yekunlaşdı. Münsiflər heyətinin də iştirak etdiyi mükafatlandırmadan sonra xatirə şəkli çəkildi.