Fəxrimiz, qürurumuz...
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Bu gün münasibətilə məktəbimizdə dəyirmi masalar və sinifdaxili tədbirlər keçirildi. Şagirdlərə İlham Əliyevin keçdiyi siyasi yollardan, çətinliklərdən, eyni zamanda, Azərbaycanın bütövlüyü uğrunda göstərdiyi misilsiz xidmətlərdən bəhs edildi. Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın bütün ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.
Əzmin, iradənin və gücün bir vəhdət təşkil etdiyi cənab prezidenti təbrik edir, daxili və xarici siyasətini, vətəni və xalqı uğrunda atdığı hər addımı dəstəkləyir, möhkəm can sağlığı və uğurlar arzu edirik!
Doğum gününüz mübarək, cənab Ali Baş Komandan!