Narkotik asılılığına qarşı mübarizə təlimi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Sosial İnkişaf Yardım İctimai Birliyinin təşkilatçılığı və 18 nömrəli tam orta məktəbin ev sahibliyi ilə narkotik asılılığına qarşı mübarizə təlimi başladı. İlk təlim 18 nömrəli tam orta məktəbdə baş tutdu. Tədbiri məktəbin direktoru Leyla xanım açaraq qonaqları salamladı və narkotik asılılığına qarşı maarifləndirmə işlərinin gənclərin gələcəyi üçün əhəmiyyətini vurğuladı. Daha sonra Sosial İnkişaf Yardım İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Zakir Quliyev çıxış edərək layihənin məqsədləri, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və gözlənilən nəticələr barədə məlumat verdi. O, bu layihənin gənclərin sağlam həyat tərzinin təşviq edilməsinə və narkotiklərdən uzaq durmalarına dəstək olduğunu qeyd etdi. Daha sonra DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov çıxış edərək hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gördüyü işləri və bu istiqamətdə gənclərin maarifləndirilməsinin əhəmiyyətini vurğuladı. Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev layihənin cəmiyyətin maarifləndirilməsi və narkotiklərə qarşı mübarizə istiqamətində verdiyi töhfələrdən danışdı. O, dövlətin narkotik vasitələrin yayılmasına qarşı gördüyü qabaqlayıcı tədbirləri, qanunvericilikdə edilən dəyişiklikləri qeyd etdi. Daha sonra Bakı şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu Aytən Nadirli çıxışında narkotik asılılığının fərdlər, ailələr və cəmiyyət üçün yaratdığı təhlükələrdən danışdı. O, narkotiklərdən asılı şəxslərin reabilitasiyası və onların yenidən cəmiyyətə qazandırılması istiqamətində Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verdi. Daha sonra layihənin təlimçisi olan Büllur xanım bunun maarifləndirmə işlərində və gənclərin məlumatlılığının artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Tədbir iştirakçıların birgə xatirə fotosu çəkdirməsi ilə yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi