"Erkən nikah uşaq hüquqlarının pozulmasıdır!" adlı maarifləndirici tədbir keçirildi
Bu gün məktəbimizdə erkən nikaha həsr olunmuş “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır!” adlı tədbir keçirildi. Tədbirdə rəhbərlik, “Məktəblinin dostu” layihəsinin əməkdaşı, tibb bacısı və VII-VIII sinif şagirdləri iştirak edirdilər. Giriş sözü ilə tədbiri məktəbin psixoloqu Arzu Məmmədova açaraq, şagirdlərə erkən nikah və onun fəsadları haqqında məlumat verdi. Bildirdi ki, erkən nikah cəmiyyətdə narahatlıq doğuran haldır. Cəmiyyətin hər bir üzvü erkən nikah və onun fəsadları haqqında məlumatlı olmalıdır. Bu baxımdan maarifləndirici tədbirlərin xüsusi əhəmiyyəti var. Təşkilatçı müavin Rəvanə Məmmədova həyati faktlara istinad edərək, erkən nikah hallarının baş verməməsi istiqamətində görülən tədbirlərdən danışdı. Sonra tibb bacısı Ramidə Həsənova erkən nikah hallarının fizioloji fəsadları haqqında şagirdləri məlumatlandırdı. Məktəbin psixoloqu Günel Mahmudzadə erkən nikahın psixoloji fəsadlarını bir daha şagirdlərin diqqətinə çatdırdı. “Məktəblinin dostu” layihəsinin əməkdaşı Şəlalə Əmirova şagirdlərə şəxsiyyətlərası münasibətlərə qarşı diqqətli olmağı tövsiyə etdi. Uşaq Birliyi Təşkilatı rəhbəri Gülnar Kərimova şagirdlərə təhsilin insan həyatında əhəmiyyətindən bəhs edərək bildirdi ki, erkən nikah cəmiyyətdə savadsızlığın artmasına səbəb olur, təhsil isə insanın gələcək həyatının uğurlu olmasında müstəsna əhəmiyyətə malikdir. Sonda şagirdlər onlara paylanılmış kartlardakı suallara cavab verdilər. Qarşılıqlı fikir mübadiləsi ilə tədbir yekunlaşdı.