“COP29: Biomüxtəliflik və iqlim dəyişmələri” mövzusunda ekoloji maarifləndirmə tədbiri

“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” ekoloji maarifləndirmə proqramı üzrə COP29 Bakı İnformasiya Mərkəzində “COP29: Biomüxtəliflik və iqlim dəyişmələri” mövzusunda keçirilən ekoloji tədbirdə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoerudit” ekoklubun fəal üzvləri Hacıyeva Zemfira, Kazımova Leyla, Əliyeva Nisə və Əsədova Rüqəyyə iştirak ediblər. Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini, b.ü.f.d. Lalə Dadaşova Bakı şəhərində uğurla davam edən BMT-nin İqlim  Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında müzakirə edilən mövzulardan birinin iqlim böhranının biomüxtəlifliyə təsiri olduğunu qeyd edərək biomüxtəlifliyin bəşəri əhəmiyyəti, qlobal istiləşmə şəraitində biomüxtəlifliyin tükənməsi, ekosistemlərin deqradasiyası, iqlim təsirlərinin azaldılması tədbirləri barədə məlumat verib. Ekoklub üzvləri interaktiv dialoq şəraitində yaşıl dünya naminə ekoloji bilik və bacarıqlara yiyələnməyin, dayanıqlı həyat tərzinin əhəmiyyətini, istixana qazlarının azaldılması, yaşıl enerjinin tətbiqi və tullantıların təkrar istifadəsi məsələlərini müzakirə ediblər.   Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosunun sektor müdiri Fəqan Hüseynovun “Azərbaycanda quş müşahidəsi” mövzusunda təqdimatı, ölkəmizdə dayanıqlı turizm imkanları, yeni ekoturizm, mədəni, tarixi, elmi turizm marşrutları haqqında məlumatı gənc ekoloqlar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın milli parklarında, qoruqlarda məskunlaşan quş növlərinin öyrənilməsi məqsədilə turizm marşrutlarında elmi müşahidələrın təşkilinin biomüxtəlifliyin qorunmasında əhəmiyyəti qeyd olunub. Ekoklub üzvləri quş növlərinin təyin edilməsi üsulları barədə məlumat alaraq, interaktiv sorğuda fəal iştirak ediblər. COP29 zirvə toplantısının keçirildiyi müddətdə Bakı bulvarında Belçikanın “Captain Boomer Collective” şirkəti tərəfindən nümayiş etdirilən okeanların çirklənməsi səbəbindən məhv olan balinanın instalyasiyası önündə ekoklub üzvləri video çəkiliş vasitəsilə ictimaiyyətin diqqətini biomüxtəlifliyin qorunmasına cəlb ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi