Birlikdə dünyamızı xilas edək!

Məktəbimizin "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində silsilə dərslər davam etməktədir. Belə ki, 4d sinfində “Birlikdə dünyamızı xilas edək!" adlı dərs keçirildi. Şagirdlər iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən dünya ölkələri barədə məlumatlar toplayaraq geniş təqdimatlar nümayiş etdirdilər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu istiqamətdə mühüm əhəmiyyətindən bəhs edən sinif müəllimi şagirdlərə ətraf mühiti, onun qorunmasını və təbiətə daha həssaslıqla yanaşmağı tövsiyə etdi. Həmçinin bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirən ölkəmiz bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi