Ekoklub üzvləri “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumunda

30 oktyabr 2024-cü il tarixində məktəbimizin “Ekoerudit” ekoklub üzvləri Elm və Təhsil Nazirliyinin dəstəyi, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumda iştirak ediblər. “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində keçirilən Ekoloji Forumun məqsədi məktəbliləri iqlim təsirlərinin azaldılmasında fəal iştiraka cəlb etmək, ekoloji düşüncəni, ətraf mühitin qorunması sahəsində bilik və bacarıqlarını artırmaqdır. Forumun rəsmi açılışında Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliyi ilə mübarizədə və ətraf mühitin mühafizəsi istiqamətində məktəblilər arasında məlumatlılığın artırılması üçün ekoloji forum kimi tədbirlərin təşkil olunmasının önəmli olduğunu vurğulayıblar. Yekunda COP29 Təşkilat Komitəsinin üzvü, EkoSfera Ekoloji-Sosial Mərkəzi İctimai Birliyinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və ekoklub üzvlərinin iştirakı ilə Ekoloji Forumun Bəyannaməsi qəbul edilərək COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionu Leyla Həsənovaya təqdim olunub.

Ekoklub üzvləri Əziz Babayev, Leyla Kazımova, Zemfira Hacıyeva, Nisə Əliyeva və Nurgül Qurbanlı interaktiv müzakirələrdə və Tusi-Bohm Planetariumda panel sessiyasında fəal iştirak ediblər. Ekoloji Forum “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı şəhərinin ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 300-dən çox ekoklub üzvlərinin iştirakı ilə keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi