Məktəbdaxili monitorinq keçirildi
25.10.2024-cü il tarixdə IX siniflərdə riyaziyyat fənni üzrə məktəb rəhbərliyi tərəfindən monitorinq keçirildi.
Monitorinq məktəbin idarə olunmasında mühüm mexanizm olub ən müxtəlif istiqamətlərdə düzgün qərarların qəbul edilməsinə kömək edir. Tədris ili ərzində aparılan məktəbdaxili monitorinq məktəbin qarşıya qoyulan vəzifələri həyata keçirmək istiqamətində fəaliyyət haqqında sistemli təsəvvür yaratmaqla nəticələrin təhlil edilməsinə, nöqsanların vaxtında aradan qaldırılmasına, sonda təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.