Riyaziyyat aylığı çərçivəsində keçirilən dərslər
Əyləncəli və öyrədici mühit uşaqların inkişafına şərait yaradır.
Riyaziyyat aylığı çərçivəsində keçirilən dərslərdə bu dəfə 5a sinif şagirdləri "Ağca və yeddi cırtdan" nağılı ilə çıxış ediblər.
Belə ki, nağıla əsasən, ögey anasının tilsimi ilə yüzillik yuxuya dalan Ağca xanımı balaca dostları xilas etmək qərarına gəlirlər. Buna görə də onlar bir çox misallar həll edərək tilsimi sındırmağa çalışırlar.
Tilsimin kilid açarları məhz "Məxrəcləri müxtəlif olan kəsrlərin toplanması və çıxılması" mövzusunda olan misallarda idi. Cırtdanlar onlara verilən tapşırıqların öhdəsindən məharətlə gələrək Ağca xanımı xilas edirlər.