Psixi Sağlamlıq Gününə həsr olunmuş maarifləndirici tədbir keçirildi

    10 Oktyabr Psixi Sağlamlıq Günü ilə bağlı olaraq məktəbimiz psixoloqları tərəfindən bu günün önəm və əhəmiyyətini özündə əks etdirən maarifləndirici tədbir keçirildi.

Tədbirin məqsədi yeniyetmələrə psixi sağlamlığın əhəmiyyətini çatdırmaq, onlara psixi rifahı qorumağın yollarını öyrətmək, bu mövzuya dair məlumatlılığı artırmaq və sağlıqlı düşüncə tərzinə təşviq etməkdir.

Tədbir zamanı müxtəlif mövzular müzakirə olundu. Şagirdlər stressin və təzyiqlərin öhdəsindən gəlmək, duyğularını idarə etmək, sağlıqlı münasibətlər qurmaq və psixi sağlamlığımıza təsir edən faktorlarla bağlı geniş məlumat əldə etdilər. Psixoloq Günel Mahmudzadə şagirdlərə sağlam düşüncə tərzinin inkişaf etdirilməsi, psixi sağlamığımızı necə qorunmasının, həmçinin uğurlu gələcək üçün nələr etmələri barədə dəyərli təlimatlar verdi. Psixoloq Arzu Məmmədova da şagirdlərə psixi sağlamlığın qorunması və gündəlik həyatda qarşılaşdıqları çətinliklərlə necə mübarizə aparmaq barədə əlavə məsləhətlər verdi. Hər iki psixoloqun tövsiyələri şagirdlər üçün faydalı olmaqla yanaşı, onların mövzu ilə bağlı anlayışlarını daha da genişləndirdi.

Tədbirin sonunda şagirdlər onları maraqlandıran suallara psixoloqlardan birbaşa cavablar aldılar və gündəlik həyatda tətbiq edə biləcəkləri məsləhətlər dinlədilər.

Düşünürük ki, bu görüş gənclərin öz psixi sağlamlıqlarına daha çox diqqət yetirmələri üçün motivasiya yaradacaq və onlara həyati bacarıqlar qazandıracaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi