"5 yaşlılarımız" məktəbəhazırlıq qruplarının açılışı

Bu gün bütün ümumtəhsil müəssisələrində olduğu kimi məktəbimizdə də fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ilk dərs günü başladı. Müşfiq məktəbi təhsil üçün ilk addım kimi xüsusi yükü özündə daşıyan məktəbəhazırlıq qruplarına - 5 yaşlıların üzünə açdı.

Balaca "sakinlər" məktəbin direktoru Leyla Fətiyevanın xoş arzularını və təbriklərini dinlədikdən və təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Məmmədbəyovanın çıxışından sonra müəllimləri ilə bərabər sinif otaqlarına yollandılar.

Biz də öz növbəmizdə sevinc və həyəcanı gözlərindən oxunan 5 yaşlılarımıza uğurlar və müvəffəqiyyətlər arzu edirik. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi