Təqvimin ən şərəfli günü...

Bu gün Azərbaycanda Anım günüdür. 27 sentyabr doğma torpaqlarımızı düşməndən azad etmək, ölkəmizin sərhədlərini işğaldan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli birliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.

Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra Respublikamızda Anım gününün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.

Məktəbimizdə vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi şagird və müəllim kollektivimiz tərəfindən qürurla anıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi