20 Sentyabr Dövlət Suverenliyi Günüdür
Bu gün hərb tariximizin ən parlaq səhifələrindən olan "Antiterror əməliyyatı"ndan bir il ötür. Qarabağ zəfərinin davamı olaraq, 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən il Xankəndidə keçirilən "Zəfər paradı" ölkəmizin gücünün və ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə qızıl hərflərlə yazıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 20 sentyabr tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Məktəbimizin radio qovşağı vasitəsilə bu günün önəm və əhəmiyyəti, ordumuzun bizlərə qazandırdığı tarixi qələbə bir daha diqqətə çatdırıldı. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.