"Bilik gününə həsr olunmuş "Nurlu asiman" adlı tədbir keçirildi

Bu gün bütün təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də "Bilik günü" böyük sevinc və təntənə ilə qeyd edildi. Bu gün məktəb həyatına kiçik addımları, böyük ürəkləri ilə qədəm qoyan birincilər üçün xüsusilə yaddaqalan oldu. "Bilik günü"nə həsr olunmuş "Nurlu asiman" adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra şagirdləri təbrik etmək və çıxış üçün söz məktəbin direktoru Leyla xanım Fətiyevaya verildi.  Ötən tədris ilində məzunların yüksək nəticələri və digər nailiyyətlərlə tədbir iştirakçılarını tanış edən L. Fətiyeva şagirdləri, ələlxüsus da birinciləri yeni tədris ili münasibətilə təbrik edərək, çalınacaq ilk zəngin onları təkcə sinif otaqlarına deyil, eyni zamanda işıqlı gələcəyə səslədiyini bildirdi. Daha sonra məktəbin xor dərnəyinin ifasında "Turan" mahnısı səsləndirildi. Birincilər isə öz məharətlərini söylədikləri şeirlər və rəqslərlə nümayiş etdirdilər. Tədbir birincilər üçün ilk dəfə çalınan zənglə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi