Ekoklub liderimizin yeni uğuru

Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təskilatçilığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Tarix: şəxsiyyətlər və proseslər" adlı məktəblilərin respublika tədqiqat və yaradıcılıq müsabiqəsində məktəbimizin "Ekoerudit" ekoklubunun lideri Yusif Abdullayevin "Heydər Əliyev və ətraf mühitin qorunması" mövzusunda tədqiqat işi 1-ci yerə layiq görülüb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təbiətinə böyük məhəbbətini, təbii sərvətlərə qayğıkeş münasibətini, uğurlu ekoloji siyasətini əks etdirən tədqiqat işində hazırda ölkəmizdə uğurla həyata keçirilən ekoloji layihələr, ekoklub üzvlərinin iqlim dəyişmələrinin azaldılması, suya, enerjiyə qənaət, tullantıların təkrar istifadəsi, yaşıllaşdırma tədbirlərində fəaliyyəti əks etdirilib. Biz də öz növbəmizdə, şagirdimizi təbrik edir, yeni-yeni uğurlar qazanmağını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi