Yaradıcılıq işimizin əsasıdır

1-ci sinifdə şagirdlər kitab tərtibatı, məzmuna görə nağılların növləri,nağılların quruluşu və bir çox biliklər əldə edirlər.1b sinif şagirdləri bu biliklərini bacarığa çevirərək, yaradıcı təfəkkürlərini işə salaraq sehrli nağıllar yazıblar. 1 İyun Beynəlxalq Uşaqların Müdafiə Günü münasibətilə sinif rəhbəri Təhminə Ağayevanın təşəbbüsü ilə şagirdlərin qurduqları nağıllar kitab halına salınaraq çap edilib. Müasir dövrün tələbi nəzərə alınaraq gələcəyə yönəlik bacarıqlar şagirdlərdə dərs mühitində formalaşır. Bu bacarıqları dəstək aldıqca daha da özinkişafları formalaşır, özünəinam artır. Ən gözəl hədiyyə öz əməklərinin bəhrəsini görməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi