Ekoklub üzvləri IX Ekoloji Forumda iştirak ediblər

Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “EkoSfera” SEM-in təşkilatçılığı ilə 30 aprel 2024-cü il tarixində “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində keçirilən ekoklub üzvlərinin IX Ekoloji Forumunda Bakı şəhəri M,Müşfia adına 18 nömrəli tam orta məktəbin “Ekoerudit” ekoklub üzvləri iştirak edib. Forumun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişikliyinin azaldılması və ətraf mühitin sağlamlaşdırılması sahəsində məktəbliləri məlumatlandırmaq, onların ekoloji proseslərdə rolunu artırmaq, yaşıl enerji, biomüxtəlifliyin qorunması, COP29-la bağlı mövzu ətrafında fikir mübadiləsi aparmaq olub.

 Bakı şəhəri üzrə 40 ümumtəhsil müəssisəsinin ekoklub üzvlərinin iştirakı ilə keçirilən Forumda canlı aləmin iqlim dəyişmələrinə uyğunlaşması, iqlim və sağlamlıq, istixana qazlarının azaldılması mövzuları mükazirə olunub, “COP29 – İqlim fəaliyyəti və öhdəlikləri” təqdimatı nümayiş etdirilib. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar Forum iştirakçılarının dünyaya çağırışları, ətraf mühitin mühafizəsinin aktuallığını, birgə fəaliyyətin zəruriliyini vurğulayan video mesajların və açıq məktubların təqdimatı olub. Ekoklubun fəal üzvləri, 7-ci sinif şagirdləri Hacıyeva Zemfira, Kazımova Leyla və Əliyeva Nisə tərəfindən “Yaşıl dünyanı birlikdə yaradaq!” mövzusunda dünya ictimaiyyətinə çağırışları əks etdirən video mesaj və açıq məktub təqdim olunub. Gənc ekoloqlar ”Uşaqlar və iqlim”, “Uyğunlaşma və adaptasiya alətləri”, ”İndiki və gələcək nəsillərin dayanıqlılığı” mövzularında diskussiya və interaktiv ekoloji viktorinada fəal iştirak ediblər. Ekoloji Forum IMAX-da nəsli kəsilmək təhlükəsi altında olan növlərdən biri “Pandalar” adlı sənədli filmə baxışla yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi