"Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi" mövzusunda dəyirmi masa

29.04.2024-cü il tarixdə məktəbimizdə AR ETN Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən c.e.d., prof. Zakir Eminovun təqdimatında, AR ETN Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani, AR ETN Coğrafiya İnstitutunun Demoqrafiya və Əhali Coğrafiyası şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Etibar Bədəlov,  AR ETN Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlının iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi" mövzusunda dəyirmi masa təşkil edildi. 

Tədbirdə işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərindən, "ağıllı şəhər" konsepsiyası əsasında inkişafdan söhbət açıldı. Qarabağın "Yaşıl enerji" zonasına çevrilməsi, regionda bərpaolunan enerji mənbələrindən istifadə, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər prioritet məsələlər şagirdlərin nəzərinə çatdırıldı.

Məktəbin coğrafiya fənnini tədris edən müəllimlərin və VIII sinif şagirdlərinin iştirakı ilə nümayiş etdirilən maarifləndirici xarakter daşıyan təqdimat tədbiri daha da maraqlı etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi