“Yoxlanılıb, mina yoxdur!” Ekoklub üzvlərinin YARAT Müasir İncəsənət Məkanına ekskursiyası

Bakı şəhəri M, Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoerudit” ekoklub üvzləri YARAT Müasir İncəsənət Məkanında "Yoxlanılıb, mina yoxdur!" mövzusunda qrup sərgisinə ekskursiyada iştirak ediblər. Post münaqişə dövrünün həssas sülh mövzusunda mədəni, sosial, və ekoloji problemlərinə həsr olunan sərgidə gənc ekoloqlar xüsusi perfomans, videoinstalyasiya və qrafika əsərləri ilə tanış olublar. İşğaldan azad olunmuş torpaqların mina ilə çirkləndirilməsi səbəbindən son üç ildə 300-dən çox insanın həlak olmasının həssas sülh mövzusuna kölgə salması, minalanmanın cəmiyyətə, ekoloji duruma və mədəni irsə qarşı cinayət olması şagirdlərin diqqətinə çatdırılıb. Müharibədə qalib gələn güclü cəmiyyətin sülhə can atmasnıı və zorakılıqdan uzaq azad cələcəyin formalaşdırılmasını nümayiş etdirən perfomanslar və qrafik əsərlər sərgi iştirakçılarının xüsusi marağına səbəb olub. Ekoklub üzvləri yeni biliklər və zəngin təəssüratlarla sərgidən ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi