Əmək bazarı nəyi tələb edir? - peşəyönümü işinin psixoloji xüsusiyyətlərinə həsr olunmuş tədbir keçirildi

Bu gün məktəbimizdə peşəyönümü işinin psixoloji xüsusiyyətlərinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və 9-cu sinif  şagirdləri iştirak edirdilər. Məktəbin psixoloqu Arzu Məmmədova tədbiri giriş sözü ilə açaraq peşələrin, peşəyönümünün psixoloji xüsusiyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva şagirdlərə peşələrin insan həyatındakı əhəmiyyətindən bəhs etdi. Təşkilatçı müavin Rəvanə Məmmədova müxtəlif orta ixtisas təhsil müəssisələri haqqında şagirdləri məlumatlandırdı. Məktəbin psixoloqu Günel Mahmudzadə peşələrin insan psixologiyasına təsiri haqqında danışdı. Sonra şagirdlər mövzu ilə bağlı onları maraqlandıran sualları səsləndirdilər. Şagirdlər tərəfindən verilən sualların cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə tədbir yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi