Asudə vaxtın səmərəli şəkildə təşkili

Müasir dövrün vacib məsələlərindən biri də asudə vaxtın təşkili məsələsidir.  Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. Məktəblilərin asudə vaxtının düzgün və səmərəli təşkilində idman da mühüm rol oynayır. Boş vaxtlarında idmanla məşğul olan şagirdlər daha sağlam, başqa insanlarla münasibətdə daha anlayışlı, təvazökar, mehriban, dostcanlı və s. qabiliyyətlərə malik olurlar. Bir sözlə, onlarda aktiv həyat tərzi formalaşır. Uşaqlarda güclü tərəflərin – yəni maraq dairəsində olan məsələlərin aşkarlanması onların asudə vaxtının səmərəli keçirilməsi üçün açar rolunu oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi