"Qardaşlıq körpüsü" adlı konsert proqramı təşkil olundu

Məktəbimiz ilə Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi arasında “Qardaş məktəblərin əməkdaşlığı müqaviləsi” imzalanıb.

Türkiyənin təhsil işçilərindən ibarət nümayəndə heyətini qonaq edən məktəbimizin akt zalında təşkil olunan konsert tədbiri  Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səslənməsi ilə açıq elan edildi. "Qardaşlıq körpüsü" adlanan bu möhtəşəm konsertdə qonaqlar Azərbaycanın böyük sənət əsərlərini, tamaşalaşdırılmış konsert proqramını gözəl istedadlı, dünya müsabiqələrinin qalibləri Milana Nəbiyeva, Davud Nəsirli, Nərmin Nərimanlı, Solmaz İsmayılzadə, Əhməd Məmmədov, Xədicə Rəşid, Nihad Yusifzadə, Dəniz, Raul, İbrahim, İsmayıl, İlkin, İnci, Hüseyn, İsa, Həsən, Elnarə, Denis  Daniel və digərlərinin  ifasında dinlədilər. Konsertin aparıcısı Nübar Əbili idi. Konsertdə qonaq qismində sənətkarlarımız da iştirak etdilər: Böyük rəqqasə, "Xalq Artisti" Cəmilə Bayramovanın "Dəcəl qızlar" rəqs qrupu, Azərbaycanın gözəl avazlı, rəngli səs  ifaçısı, "Xalq artisti" Gülyaz xanım Məmmədova və səsinin rəngi ilə sayılıb-seçilən gözəl ifaçı, "Xalq ulduzu" yarışmasının qaliblərindən Nicat Mənsimov gecəni daha da möhtəşəm etdilər.

Sonda məktəbin direktoru çıxış edərək bildirdi ki, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər. Konsert xatirə şəklinin çəkilməsi ilə başa çatdı.

P.S. Onu da qeyd edək ki, möhtəşəm konsertin təşkilatçısı türk dünyasının sevimli səsi "Əməkdar artist" Aybəniz xanım Haşımova idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi