Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bu günü, sabahı! adlı tədbir keçirildi

Türkiyənin İzmir şəhərində yerləşən Yıldız Tınas İzmiroğlu Anadolu Lisesi ilə məktəbimiz arasında “Kardeş Okul İş Birliği Sözleşmesi” imzalanmışdır. Müqaviləyə əsasən, məktəbimizin qonağı olan liseyin 6 müəllim və 11 şagirddən ibarət heyətinin iştirakı ilə bu gün məktəbimizdə “Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bu günü, sabahı!” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin Dövlət Himni-İstiqlal Marşı ilə başlandı. Məktəbin direktoru Leyla Fətiyeva qonaqları salamlayaraq Azərbaycan-Türkiyə münasibətlərindən danışdı. Sonra məktəbin psixoloqu Arzu Məmmədovanın “Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bu günü, sabahı!” mövzusunda təqdimatı tədbir iştirakçılarına təqdim olundu. Azərbaycan-Türkiyə qardaşlığının tarixi xronoloji ardıcıllıqla nəzərdən keçirildi. Məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan-Türkiyə münasibətlərini özündə əks etdirən şeirlərin təqdim olunmasından sonra qonaqlar da mövzu ilə bağlı fikir mübadiləsinə qoşularaq təəssüratlarını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi