OCEP layihəsi çərçivəsində "6 Aprel Beynəlxalq Sülh Naminə İdman Günü"nə həsr olunmuş tədbir keçirildi
06.04.2024-cü il tarixində Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə OCEP layihəsi çərçivəsində "6 Aprel Beynəlxalq Sülh Naminə İdman Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir İrlandiyanı təmsil edən 18 nömrəli tam orta məktəbin, Niderlandı təmsil edən 7 nömrəli tam orta məktəbin və ABŞ-ı təmsil edən 23 nömrəli tam orta məktəbin estafet yarışlarından ibarət idi. Tədbirdə Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin müdiri Mehman Kərimov, həmin departamentin əməkdaşları Ruslan Məmmədov, Ceyhun Rəhmanov və Nərmin Kərimova, Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclərin İnkişafı Siyasəti şöbəsinin müdiri Elnur Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, Olimpiya mükafatçısı, ikiqat Avropa Çempionu, ikiqat Dünya Çempionu Rüstəm Orucov və məktəb direktorları iştirak edirdilər. Estafet yarışının oyunlarını OCEP layihəsinin ekspert qrupunun rəhbəri Namiq Cəfərov idarə edirdi. Estafet yarışının nəticəsinə görə, I yerə Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəb, II yerə Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, III yerə isə Məmməd Rahim adına 7 nömrəli məktəb layiq görülmüşdür.