İmtahan həyəcanının aradan qaldırılmasına həsr olunmuş tədbir keçirildi

 Bu gün məktəbimizin IX sinif şagirdləri üçün ümumi orta təhsil pilləsi üzrə    7 aprel 2024-cü il tarixdə keçiriləcək buraxılış imtahanına psixoloji cəhətdən hazırlıq məqsədilə imtahan həyəcanının aradan qaldırılması mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva açaraq şagirdlərə imtahanla bağlı zəruri tövsiyələr verdi, imtahanda müvəffəqiyyətlər arzuladı. Məktəbin psixoloqu Arzu Məmmədova imtahan həyəcanı ilə bağlı geniş məruzə ilə çıxış etdi, şagirdlərə psixoloji cəhətdən hazır olmaları üçün imtahandan əvvəl və imtahan günü üçün tövsiyələrini verdi. İmtahan həyəcanını aradan qaldırmaq üçün maraqlı və faydalı psixoloji texnikalar şagirdlərə təqdim olundu. Sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbir imtahan stressi üçün meditasiyanın tətbiq olunması ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi