Şagird davranış qaydaları haqqında tədbir keçirildi

   Bu gün məktəbimizdə şagird davranış qaydalarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb heyəti,  yuxarı sinif şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Arzu Məmmədova açaraq şagird davranış qaydaları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, mövzu bütün zamanlar üçün aktualdır və müzakirəsinə ehtiyac var. Sonra təşkilatçı müavin Rəvanə Məmmədova şagirdlərin hüquq və vəzifələri haqqında məlumat verdi. Məktəblinin dostu Samirə Süleymanova şagird davranış qaydalarına həsr olunmuş məruzə ilə çıxış etdi. Məktəbin psixoloqu Günel Mahmudzadə şagird davranış qaydalarına əməl etməyin şəxsiyyətin formalaşmasında rolundan bəhs etdi. Məktəblinin dostu Cevriyyə Mustafayeva doğru davranış qaydaları ilə bağlı şagirdlərə tövsiyələr verdi. Şagirdlər tərəfindən verilən sualların cavablandırılması və fikir mübadiləsi ilə tədbir yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi